Son əlavə olunanlar

Bu maraqlıdır!

Velosipeddə hansı mühərrikdir?

Velosipedin hərəkət etməsi üçün təkərli konki və ayaq sürülən diyircəkli araba kimi əzələ enerjisindən istifadə etmək lazımdır.   

Niyə biz maşınlar aləmində yaşayırıq?

Maşınlar bizim gündəlik həyatımızın bir hissəsidir. Maşınlar bizə iş üçün, bir yerdən başqa yerə hərəkət üçün, uzaq məsafədən əlaqə saxlamaq üçün və hətta istirahət zamanı da lazımdır. 

Mühərrik nədir?

Mühərrik hər hansı bir enerji növünü –elektrik, hidravlik, kimyəvi və s. mexaniki enerjiyə çevirən mexanizmdir.     

Ay Yer kürəsinə təsir edirmi?

Yer kürəsi və Ay qarşılıqlı cazibəyə malikdir. əgər onların yaxınlığını nəzərə alsaq, cazibə qüvvələri o qədər böyükdür ki, bunu çox asanlıqla hiss etmək olar. 

Yer kürəsi necə yaranıb?

Bəzi alimlər belə fərziyyə irəli sürürlər ki, bir böyük ulduz Günəşin yanından keçərkən onunla toqquşub, Günəşin materiyasının bir hissəsi və həmin ulduz parçalanıb, onlardan planetlər, o cümlədən də Yer kürəsi yaranıb. Bir çox alimlərin irəli sürdüyü başqa fərziyyədə isə bildirirlər ki, Yer kürəsi və başqa planetlər kiçik buludlardan, tozlardan və qazlardan formalaşı

Niyə yağış yağır?

Nəfəs aldığımız hava heç vaxt quru olmur, onun tərkibində həmişə dəniz və çaylardan buxarlanmış, həmçinin heyvan və bitkilərin nəfəs alması nəticəsində əmələ gəlmiş su buxarları vardır.