Çox uzaqda olanı necə görmək olar?
Əgər əşyalar çox uzaqda yerləşirsə və onları adi gözlə görmək mümkün deyilsə, onları binokl, müşahidə borusu və ya teleskop kimi optik cihazlar vasitəsi ilə görmək olar. Bu cihazların hər birinin içərisində müəyyən ardıcıllıqla cilalanmış qabarıq şəkilli dairəvi şüşə-linzalar və güzgülər yerləşdirilib.