Qədim Mesopotamiyanın (Çayarası) ilk mədəniyyət ocaqları Fars körfəzinin sahillərində meydana gəldi. Məhz burada Dəclə və Fərat çaylarının mənsəbində b.e.ə. IV minillikdə Şumerlər yaşamışdılar. Onlar Ur, Uruq (Bibliyada bu şəhər Erex adı ilə xatırlanır), Laqaş və Larsa şəhərlərini tikmişdilər.