Son əlavə olunanlar

Bu maraqlıdır!

Türk dünyasında ərazi baxımından ən böyük ölkə: Yakutsk

Türk dünyasında ərazi baxımından ən böyük ölkə Yakutsk sayılır. Yakutsk Saxa Respublikasının paytaxtı və ən böyük şəhəridir. Şəhərin iqlimi çox soyuq olmaqla orta temperatur mənfi 40 dərəcəyədək olur. Yakutskun kəndi olan Oymyakonda mənfi 71 dərəcə soyuq qeydə alınmışdır.

Puşkin və Şuşa

Aleksandr Sergeyeviç Puşkin Qafqaza iki dəfə səyahət etmişdi: birinci dəfə hakimiyyəti və hökumət məmurlarını həcv etdiyinə görə 1820-ci ildə xidməti təyinat adı ilə Rusiyanın cənubuna sürgün edilən zaman, ikinci dəfə 1829-cu ildə. İlk səfərində yalnız Şimali Qafqazın Mineral Sularında olmuş, ikinci səyahətində isə daha cənuba- Qafqazın içərilərinə doğru keçib getmişdi.

Dünyanın ən böyük duzlu bataqlığı

Uyuni (ispan. Salar de Uyuni ) – Boliviyada, Altiplano səhra düzənliyinin cənubunda, dəniz səviyyəsindən təqribən 3650 metr yüksəklikdə yerləşən duzlu bataqlıq, qurumuş duz gölüdür.

İlk riyazi əməliyyatlar hansılar olub?

İlk riyazi əməliyyatlar toplama və çıxma olub. İnsanlar bu əməliyyatlarla daima və həyatlarının hər günü məşğul olurdular. Müəyyən obyeklərin miqdarını bu cür təyin edirdilər: “30 qoyun var idi, 4-cü yeni doğuldu, alındı 34 ” və ya “8 keçi var idi, 1-i itdi, 7-si qaldı”.

Rəqəm nədir?

Rəqəm-müəyyən miqdarın göstəricisidir. Min illərlə insanlar rəqəmləri izah etmək üçün əl barmaqlarından istifadə ediblər. Onlar bir əşyanı bir barmaqla, üç əşyanı üç barmaqla göstəriblər.

Dünya dönməyi dayandırsa nə olar?

Əgər Yer dayansaydı, üzərindəki hər şey indiki fırlanma sürəti ilə (saatda təxminən 1600 kilometr) şərqə atılacaqdı. Çünki Yer bu sürətlə qərbdən şərqə doğru fırlanır. Bu sürət orbitə çıxmağınıza səbəb olmazdı. Beləliklə, hər şey yenidən Yerə düşəcək. Çünki Yerin cazibə qüvvəsindən xilas olmaq üçün saatda 40 min kilometr sürət lazımdır.