Son əlavə olunanlar

Bu maraqlıdır!

Tutanxamonun məzarı lənətlənmişdimi

Çoxları belə hesab edir ki, Misir sərdabələri lənətlənib. Ancaq bu, əfsanədir. Əslində, Misir kahinləri oğruları qorxutmaq üçün sirli ovsunlar yazıblar, ancaq onların bu cadularının heç bir xeyri olmayıb, demək olar ki, bütün məzarlıqlar talanıb.   

Piramidalar

Piramidalar ilk fironların sərdabələridir. Firon Misirin hökmdarı idi. Xeops, Xefren və Mikerin piramidaları ən tanınmışlardır. Bu piramidalar çox böyükdür və onların tikintisində minlərlə adam işləyib.  

Süd yolu

Süd Yolu göy üzünün ən gözəl, ən ecazkar obyekti, yəqin ki, Süd Yoludur. Səmanın bir ucundan digərinə, qiymətli daşlardan düzələn qənirsiz bir boyunbağı kimi uzanıb gedir. Heç təsadüfi deyil ki, qədim insanlar da bu ecazkar mənzərəyə baxanda, eynən elə bizim kimi təəccüblənir, bu əsrarəngiz gözəlliyə heyran qalırlar. Gördüklərinin nə olduğunu anlamadan, öz aləmlərində Süd Yoluna cürbəcür, obrazlı izahlar verirdilər.

İlk ədəbiyyat əsəri necə olub

Ən qədim ədəbiyyat əsəri şumerlərin epik poemaları sayılır. O, eramızdan 2000 il əvvəl yazılıb və “Gülqamış haqqında poema” adlanır. Burada öz ölmüş dostunu həyata qaytarmaq istəyən qəhrəmanın macəralarından danışılır.

Qədim mədəniyyətlərin yaranması

Qədim mədəniyyətlər böyük çayların yaxınlığında inkişaf edib: Mesopotamiyada-Fərat və Dəclə, Misirdə-Nil, Hindistanda-Hind çayının vadisində. Bu çaylar boyu yerləşən torpaqlar çox məhsuldar idi. Məhz buna görə bu ərazidə yaşayan əhalinin sayı sürətlə artırdı, burada ərzaq hamıya bəs edirdi. əhalinin artması ilə çayların və əkin sahələrinin yaxınlığında evlərin və yaşayış yerlərinin tikilməsinə ehtiyac yaranırdı. Məhz beləcə ilk şəhərlər yarandı. Onlarda artıq gücləndirilmiş yolları və çirkabları axıtmaq üçün kanalları olan rayonlar var idi. Həmçinin orda saraylar, məbədlər və kilsələr tikilirdi. 

Buğda cücərtisi, səməni şirəsi və onların faydaları

Baharın atributlarından biri kimi qəbul edilən səməni adətən Novruz bayramına 10-15 gün qalmış qoyulur. Buğda cücərtilərin boy atıb səməniyə çevrilməsi üçün bir neçə gün, uzağı iki həftə gözləmək lazımdır. Lakin səməniyə çevrilməyən və bir neçə günlük buğda cücərtisi tibbi baxımdan çox faydalıdır. Səməni cücərməyə başlayanda ondan halva, bir az boy atdıqdan sonra isə şirə əldə etmək olar. Aparılan təcrübələr göstərir ki, səməni cücərtisi ilə qidalanmaq immunitet sistemini gücləndirir, buğda cücərtisinin suyu qanı yeniləyir, toksinləri təmizləyir, dişləri və immuniteti gücləndirir, ürək xəstəliklərinin müalicəsində istifadə edilir və xərçəng riskini azaldır.