Məktəbəqədər yaşlı uşaqların qidalanması
Erkən uşaqlıq dövründə formalaşan qidalanma vərdişləri onun gələcəkdə qidalanma rasionu və sağlamlığı üçün vacib hesab edilir. Uşaqlar böyüdükcə onlarda həmin vərdişləri dəyişdirmək çətinləşir. Belə ki, uşaqların daha çox vaxt keçirdiyi ev və bağça kimi mühitlər onların qidalanma vərdişlərinin formalaşmasında mühüm yer tutur.