Son əlavə olunanlar

Bu maraqlıdır!

Zeytunun faydaları

Hələ qədimdən bəri Abşeronda yetişən zeytun insan sağlamlığı üçün ən faydalı meyvələrdən biri hesab olunmuşdur. Zeytun ağacının kökü, yarpağı, budağı, meyvəsi, tumunun yağı, hətta yağın çöküntüsü də insan üçün şəfalıdır. Zeytun yağının tərkibi ilə ana südündəki yağın tərkibi bir-birinə çox bənzərdir. Odur ki, ana südü ilə qidalanmayan uşaqlara zeytun yağı ilə hazırlanmış yemək vermək məsləhət görülür.

Ölkələr haqqında ən maraqlı faktlar

- ABŞ-da yaşayan 10 yaşlı qızların 80% -i pəhriz saxlayır.  

Dünyanın ən böyük kitabı: «Klencke Аtlas»

29 aprel 2010-cu ildə Britaniyanın milli kitabxanasında keçirilən  "Magnificent Maps: Power, Propaganda and Art" sərgisində dünyanın ən böyük «Klencke Аtlas» kitabı nümayiş etdirildi. Kitabın hündürlüyü 1,80 m, eni isə 1,9 metrdir. Ölçülərinə görə kitab Ginnesin Rekordlarına düşdü. Dünyada bu ölçüyə malik ikinci kitab yoxdur.

Makdonald gölünün rəngli daşları

Makdonald gölü Montana əyalətində, Fletheddə yerləşir. O, Qleyşer Milli Parkının ən böyük gölüdür. Göl 16 km uzunluğunda, 1.6 km enində və 130 m dərinliyindədir. Gölün səthinin sahəsi 27.6 km2-dir.

Şokolad təpələri. Filippin

Şokolad təpələri Filippinin Bohol əyalətində sayı 1500-ə yaxın olan əhəngdaşı kurqanlarıdır. Təpələr adətən yaşıl ot ilə örtülü olur, quru mövsüm zamanı isə sahə tünd-qəhvəyi rəngə çevrilir. Bu səbəbdən də təpələr “Şokolad təpələri” adlanır.  

Lakonizm nədir?

Qədim Yunanıstanın bir hissəsi olan Spartada müdrik və eyni zamanda sərt qanunlar hökm sürürdü. Spartalılar hesab edirdilər ki, rəhbərlik olmayan yerdə nizam-intizam da olmur. Ona görə də bu məmləkətdə bütün torpaqlar və torpaqdan əldə edilən gəlir Sparta ailələri arasında bərabər bölünürdü. İnsanlar arasında paxıllıq hissi yaranmasın deyə spartalılar bir yerdə, ümumi masalar arxasında eyni qidanı yeyirdilər. Uşaqlar çox sərt qayda-qanunlarla tərbiyə edilirdilər. Onlar yeddi yaşından etibarən böyüklərdən ayrı yaşayır, qamışdan hörülmüş bərk çarpayılarda yatır, az yeyirdilər. Bütün günlərini fiziki məşqlərə, qılınc və nizə ilə döyüş bacarığının qazanılmasına sərf edirdilər. Bu yolla uşaqlarda iradə, səbir və dözüm tərbiyə edilirdi.