Son əlavə olunanlar

Bu maraqlıdır!

İslandiyada “Fil Qayası”

İslandiyanın Heymaey adasında “Fil Qayası” adlanan bir qaya var. Qaya təkcə Atlantik sularından çıxan fili xatırlatmır, eyni zamanda, bərk bazalt layları sayəsində, heyvanın qırışlı dərisini belə təqlid edir.  

Qədimdə kitab işi

Orta əsrlərin canlı mətbəələri xəttatlar, nəqqaşlar, müsəhhihlər, rəssamlar və cildçilər idi. Xəttatlıq nüfuzlu və geniş yayılmış sənət növlərindən biri idi. Məşhur xəttatların adları kitab müəllifləri ilə yanaşı çəkilirdi. Onların gördükləri iş çətin olmaqla yanaşı, məsuliyyətli idi. Hər bir müəllifin və əsərin tanınmasında xəttatların da böyük rolu olmuşdur.

Kompüter oyunlarının tarixi

Yəqin ki, müəllim və valideylərinizin qadağalarına baxmayaraq, imkan düşən kimi kompüterdə sevimli oyunlarınıza kifayət qədər vaxt sərf edirsiniz. Bəs heç düşünmüsünüzmü, milyonlarla insanın zamanını oğurlayan kompüter oyunlarını kim ixtira edib? Elə isə kompüterdə növbəti oyunun “start” düyməsini basmazdan əvvəl sosial şəbəkələrdə axtarış verin: “Kompüter oyunlarını kim yaradıb?” 

Yeni kəşf edilən daş-Yuperlit

ABŞ-ın Miçiqan əyalətində, Erik Rintamaki adlı biri, Miçiqan gölü ətrafında dolaşarkən, sirli daşlar tapır. Miçiqanın yuxarı yarımadasında yaşayan insanlar "Yuper" ləqəbini istifadə edir. Bu insanları şərəfləndirmək məqsədi ilə Erik Rintamaki, tapdığı bu daşlara 'Yuperlit' adını qoyur. Bu daşların görünüşcə adi daşlardan heç bir fərqi yoxdur. Amma Ultrabənövşəyi şüa altında yuperlitlər ulduz kimi parlayır. 

Dünyanın ən çox şimşək çaxan bölgəsi

Katatumbo şimşəyi Venesuelada yerləşən bir atmosferik fenomendir. Katatumbo çay sularının Marakaibo gölünə töküldüyü yerin üzərində çoxlu sayda buludlar yaranır. Bu hadisə 1 km-dən çox hündürlükdə yerləşən bulud kütlələrinin toqquşması nəticəsində meydana gəlir. Şimşək fırtınası kimi də tanınır. İl ərzində 140-160 gecə, hər gecə 10 saat, saatda 280 dəfə çaxan bu vahiməli şimşəklər çay ilə gölün kəsişdiyi bataqlıq bölgənin üzərində peyda olur. 

Tibbin simvolu ilan və qədəh

Qiqeya qədim yunan mifologiyasında sağlamlıq ilahəsi idi. Onun atası Asklepios-şəfa tanrısı, anası isə Epiona idi. Asklepiosun simvolu əsaya sarılmış ilan, qızı Qiqeyanın simvolu  isə qədəhə sarılmış bir ilandır. Qiqeya camdan ilanı yedizdirən gənc bir qadın olaraq təsvir edilir.