Bu maraqlıdır!

Dünyanın ən uzun avtomobili

Dünyanın ən uzun avtomobili uzunluğu 30.5 metr olan limuzindir. Avtomobil "Ginnesin rekordlar kitabı"na düşüb. 

 

Bu nəqliyyat vasitəsinin 26 təkəri var. Hollivud kinostudiyasının əsas avtomobillərindən sayılan həmin limuzindən bayramlarda, film çəkilişlərində, karnavallarda istifadə olunur. Nəqliyyat vasitəsini ABŞ-dan olan mütəxəssis Cey Orberq hazırlayıb. Lakin limuzinin qeyri-adiliyi yalnız uzunluğunda deyil. Çəkisi 10 ton olan və "Cadillac" firmasının hazırladığı iki mühərrikdən ibarət avtomobilə ümumilikdə 50 nəfər yerləşə bilər. Nəhəng limuzinin içərisində basseyn və böyük ölçüyə malik yataq da var. Avtomobilin üzərinə vertolyot da enə bilər. Bunun üçün limuzinin üstündə xüsusi yer hazırlanıb. 


Avtomobil yalnız düz yolda hərəkət etmək üçün nəzərdə tutulub. Əlavə edək ki, nəqliyyat vasitəsində ikinci sürücü kabinası da var. Bu, avtomobilin sükanını döndərmədən geriyə hərəkət etdirmək üçün nəzərdə tutulub.