Dünya florasında pərpərənin 100-ə qədər növünə rast gəlmək olar. Bunlara əsasən Asiya, Amerika və Avstraliya ölkələrinin subtropik və tropik zonalarında təsadüf edilir. Qafqazda, o cümlədən respublikamızda yabanı və mədəni halda 2 növu — bağça və iriçiçək pərpərəni yayılmışdır. Qida və ədviyyat bitkisi kimi ən çox bağca pərpərənindən istifadə edilir. Bu növ bir çox ərazidə geniş yayılmaqla yanaşı, qida və ədviyyat kimi də məşhurdur. Belə ki, bəzək bitkisi kimi Amerika qitəsində əkilib becərilən Braziliya mənşəli iriçiçək pərpərən növünə də rast gəlmək olar.