Son əlavə olunanlar

Təbiət

Ədviyyatların faydaları

Ədviyyatlar mahiyyətcə dərman bitkiləri hesab edilir. Ədviyyat bitkiləri ilə dərman arasında heç bir sərhəd qoymaq olmaz. Ədviyyatlar çox qədim dövrlərdən başlamış hazırki dövrə kimi hazırlanan xörəklərin dadını yaxşılaşdırmaq və həzm sistemini normaya salmaq məqsədilə istiadə edilir. Ədviyyatlar tərkiblərində güclü iyə malik efir yağı saxlayır. Bunlardan sarımsağı, soğanı, kərəvizi, cəfərini, şüyüdü və s. göstərə bilərik. Ədviyyatlar mədə və öd kisəsi vəzilərinə təsir edib onların şirə ifraz etmək qabiliyyətlərini gücləndirir və bunun nəticəsində qəbul olunan qidalar həzm sistemində yaxşı həll olur və maddələr mübadiləsinin düzgün getməsinə şərait yaradır.  

Lemminq

Lemminq soyuq yerdə yaşayan siçanabənzər xırda gəmiricidir. Ayaqları və quyruğu qısa olur. Kiçik qulaqları xəzlərinin altında gizlənmiş şəkildədir. Bədənlərinin uzunluğu 10-15 sm, quyruğunun uzunluğu isə 2 sm-ə qədər, kütləsi 20-70 q olur. U O, Norveçdə, İsveçdə və Laplandiyada yaşayır.  

Vulkan təhlükəsi

Vulkanlar təhlükəli relyef formalarıdır. Lava axınları, kül axınları və palçıq axınları insanların həyatı və yaşayış yerləri üçün təhlükə yaradır.   

İt cinslərinin adları

İt bütün heyvanlardan əvvəl əhliləşdirilib və insan bu zaman ərzində müxtəlif məqsədləri üçün 200-dən artıq it cinsi alıb.  

Lənkəran anodontu

Anadonta cinsinin Qafqazda 5 növü və 2 yarım növü, Azərbaycanda isə 3 növü yayılmışdır.

Qızıl saçlı pinqvin

Qızıl saçlı pinqvin, başındakı xarakterik bir kölgə olmasına görə bu cür adlandırılır. Subantarktik iqlimdə yerləşən Antarktida yarımadasında tapılan pinqvin növüdür. Olduqca əyləncəli və maraqlıolduqları üçün bir çox fotoqraflar və tədqiqatçılar pinqvinlərin təbii yaşayış yerlərini ziyarət etməkdən, onları seyr etməkdən və maraqlı materiallar hazırlamaqdan məmnundurlar.