Son əlavə olunanlar

Təbiət

Kilauea vulkanı

Yer üzündə ən  aktiv vulkan olaraq bilinən  Kilauea  unikal Havay Vulkanları Milli Parkında, Havay adasında yerləşir. Kilauea vulkanı Havay adasını təşkil edən 5 vulkandan biridir.  

Bənna sərçə

Bu sərçə də adi sərçələrə bənzəyir. Bənna sərçələr birlikdə ağac başında dam düzəldir. Bəzən damın uzunluğu iki metrə çatır. Onlar cüt-cüt olub bu damın altında özlərinə ayrıca yuva tikir. Yuvaya aşağı tərəfdən yol qoyurlar. Bənna sərçələr cəld, acgöz və səs-küylü olurlar. Böyük dəstələrlə yaşayırlar.

Mavi balina

Dünyanın ən böyük heyvanı mavi balinadır. Eyni zamanda, heyvanlar aləminin ən sürətlə böyüyən dəniz canlısıdır. 

Pərpərən

Dünya florasında pərpərənin 100-ə qədər növünə rast gəlmək olar. Bunlara əsasən Asiya, Amerika və Avstraliya ölkələrinin subtropik və tropik zonalarında təsadüf edilir. Qafqazda, o cümlədən respublikamızda yabanı və mədəni halda 2 növu — bağça və iriçiçək pərpərəni yayılmışdır. Qida və ədviyyat bitkisi kimi ən çox bağca pərpərənindən istifadə edilir. Bu növ bir çox ərazidə geniş yayılmaqla yanaşı, qida və ədviyyat kimi də məşhurdur. Belə ki, bəzək bitkisi kimi Amerika qitəsində əkilib becərilən Braziliya mənşəli iriçiçək pərpərən növünə də rast gəlmək olar.  

Xəşəmbül

Dünya florasının tərkibində xəşəmbül cinsinin 20-yə qədər növü yayılmışdır. Azərbaycanda isə yabanı halında 7 növünə təsadüf olunur. Xəşəmbül cinsinə daxil olan növlərin əksəriyyəti Qərbi Аvropa, Kiçik və Mərkəzi Asiya ərazilərində yayılmışdır. Bundan başqa bitkinin bir neçə növünə Rusiyanın Avropa hissəsində, Qərbi və Şərqi Sibirdə, Uzaq Şərq ərazilərində, Orta Asiyada, Qalqazda, o cümlədən Azərbaycanda rast gəlmək olar. Xəşəmbül növlərinin əksəriyyəti dərman, ədviyyat, yem, boyaq və nektar ləbiətli bitkilərdir.

Dişli kalamar

Atlantik okeanında bir alman tədqiqat gəmisi tərəfindən kəşf edilən bu maraqlı kalamar növünün dişləri insan dişləri kimidir. Nə qədər qorxulu görünsə də, okeanın səthindən təxminən 2 km aşağıda yaşayır, ona görə də onunla qarşılaşma ehtimalı çox aşağıdır.