Son əlavə olunanlar

Təbiət

Dişli kalamar

Atlantik okeanında bir alman tədqiqat gəmisi tərəfindən kəşf edilən bu maraqlı kalamar növünün dişləri insan dişləri kimidir. Nə qədər qorxulu görünsə də, okeanın səthindən təxminən 2 km aşağıda yaşayır, ona görə də onunla qarşılaşma ehtimalı çox aşağıdır.  

Qrenlandiya balinası

Qrenlandiya balinası xarakterik əyri kəllə sümüyünə malikdir, bu da onu son dərəcə ağır heyvan edir. Onun dərialtı yağ təbəqəsinin qalınlığı 70 sm-ə çatır və bu, heyvanın ən kəskin soyuqlara tab gətirməsinə kömək edir.

Arı dəstəsi

Arılar bəzi cəhətləriylə olduqca mürəkkəb bir quruluşa malikdirlər. Heç bir başqa heyvan bu baxımdan onlarla müqayisə oluna bilməz. Arı yalnız koloniya üzvü olanda sağ qala bilər. Heç bir arı özbaşına uzun müddət yaşamaq imkanında deyil.  

Meyvə milçəyi

Yəqin fikir vermisiniz ki, meyvələr ağaclardan tökülüb bir neçə gün yerdə qalanda çürüməyə başlayır və onların üzərində haradansa xırda milçəklər peyda olur. Görəsən, bu milçəklər haradan gəlir?  

Gül kələmi

Gül kələmi, ilk dəfə Suriya kəndliləri tərəfindən becərildiyi düşünülən bitkidir. 12-ci əsrə qədər Suriyadan kənarda heç bir yerdə görülməmişdir.  Ancaq 12-ci əsrdə ərəblər Əndəlüs Əməviləri dövründə bitkini İspaniyaya gətirdilər. 14-cü əsrdən sonra Hollandiya, İngiltərə, İtaliya və Fransada becərilməyə başlandı.  

Qulançar

Qulançar faydalı tərəvəz bitkisi kimi bir neçə min il bundan qabaq mədəni halda əkilib becərilmişdir.