“Öncə tənəffüs” adlı uşaq festivalı keçiriləcək
“YARAT” Müasir İncəsənət Məkanı məktəbliləri “Öncə tənəffüs” adlı möhtəşəm şənliyə dəvət edir. Tənəffüs çox uzunsürən və rəngarəng olacaq.
Tədbirlər “YARAT”da və “XX-XXI əsr Azərbaycan rəngkarlığı” muzeyində keçiriləcək. Sentyabrın 30-da saat 9:00-dan 17:00-dək məktəblilərə aşağıda qeyd edilən proqram təqdim ediləcək:
09:00–09:45 Samirə Səlimzadə ilə gimnastika (“YARAT” Mərkəzi);
09:00–09:45 Sevil Fərəcova ilə gimnastika (Rəngkarlıq Muzeyi);
10:00–11:00 Dəftərlərin və çantaların sulu akril boya ilə bəzədilməsi, 12+ (Rəngkarlıq Muzeyi);
10:00–11:00 Heykəltəraşlıq üzrə ustad dərsi (“YARAT” Mərkəzi);
11:00–12:00 Lazer printer ilə ustad dərsi – KONIX CLUB (“YARAT” Mərkəzi);
12:00–12:45 Karina Sərkərova ilə xoreoqrafiya dərsi (“YARAT” Mərkəzi);
12:00–12:45 Aysel Şəfiyeva ilə xoreoqrafiya dərsi (Rəngkarlıq Muzeyi);
13:00–14:00 Heykəltəraşlıq üzrə ustad dərsi (“YARAT” Mərkəzi);
13:00–14:00 Dəftərlərin və çantaların sulu akril boya ilə bəzədilməsi, 12+ (Rəngkarlıq Muzeyi);
14:00–15:00 Lazer printer ilə ustad dərsi – KONIX CLUB (“YARAT” Mərkəzi);
15:00–15:45 Ruslan Tolmaçov ilə idman bal rəqsləri, 6+ (“YARAT” Mərkəzi);
15:00–15:45 Yelizaveta Novikova ilə idman bal rəqsləri, 6+ (Rəngkarlıq Muzeyi);
16:00–17:00 Dəftərlərin və çantaların sulu akril boya ilə bəzədilməsi, 12+ (Rəngkarlıq Muzeyi);
16:00–17:00 Heykəltəraşlıq üzrə ustad dərsi (“YARAT” Mərkəzi).
Həmin gün məktəblilər, həmçinin çoxsaylı musiqi və rəqs çıxışlarını, interaktiv qurğuları, animator perfomanslarını izləyəcək, sərgilərlə tanış olacaq, hədiyyəli müsabiqələrdə iştirak edəcəklər.
21.09.2018