Xəbərlər

Azərbaycan Skautlar Assosiasiyası Mingəçevirdə avarçəkmə düşərgəsi təşkil edəcək

Sentyabrın 7-9-da Mingəçevirdə skautların avarçəkmə düşərgəsi təşkil olunacaq.

 

Azərbaycan Skautlar Assosiasiyasından AZƏRTAC-a bildirilib ki, düşərgənin əsas məqsədi yeniyetmə və gənclər arasında Olimpiya Oyunlarında və dünya kuboklarında Azərbaycan idmançılarının uğurla çıxış etdikləri avarçəkmə idman növlərinə marağın artırılması və Mingəçevirdə skaut hərəkatının təbliğidir.

 

Düşərgə zamanı iştirakçılar avarçəkmə idman növləri olan kanoe, baydarka ilə üzmə bacarıqlarını öyrənəcək, skautların həyat tərzi, öyrənmə metodları və dinamik (ekstrim) proqrama uyğun digər fəaliyyətləri ilə tanış olacaqlar.

 

Proqrama Kür çayı sahilində əyləncəli skaut fəaliyyətləri ilə yanaşı, iştirakçıların Mingəçeviri yaxından tanımaq, gəmidə səyahət etmək, gecə yürüşü, balıq tutmaq, su anbarına ekskursiya və digər fəaliyyətləri daxildir.