Xəbərlər

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Yay məktəbi”nin yekun tədbiri olub

Bakı, 6 sentyabr, AZƏRTAC
 
Uşaqların ictimai fəallığının artırılması, habelə asudə vaxtlarının səmərəli təşkili məqsədilə Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Uşaqların sevinci bizim sevincimizdir” devizi altında avqustun 2-dən açıq elan edilmiş “Yay məktəbi” sona çatıb.
 
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Yay məktəbi”ninin yekun tədbirində qazanılan biliklərin əhəmiyyətindən danışılıb. Həmçinin tədbir zamanı uşaqlarla sual-cavab formasında müzakirələr, söhbətlər aparılıb. Mərkəzin əməkdaşları uşaqlara yeni dərs ilində uğurlar arzu ediblər.
 
Bildirilib ki, sözügedən layihə uşaqların şəxsi inkişafına, sosiallaşmalarına stimul verilməsi, həyata fərqli baxış və liderlik bacarıqlarının inkişaf etdirilmələrinə şərait yaradılması məqsədi daşıyır. Həmçinin uşaqlar arasında əməkdaşlıq əlaqələrinin güclənməsinə, sosial inteqrasiyanın həyata keçirilməsinə, uşaqların zərərli vərdişlərdən uzaq olmasına və yeni dostlar qazanmasına imkan yaradır.