Xəbərlər

Azərbaycan “Avroviziya-2018” uşaq mahnı müsabiqəsində təmsil olunacaq

Bakı, 27 iyul, AZƏRTAC 

 

Azərbaycan qısa fasilədən sonra yenidən “Avroviziya” uşaq mahnı müsabiqəsinə qayıdır.

 

Müsabiqənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, noyabrın 25-də Minsk şəhərində keçiriləcək “Avroviziya-2018” uşaq mahnı müsabiqəsində iştirak edəcəyini rəsmi şəkildə təsdiq edən ölkələrin sayı 19-a çatıb. Azərbaycanla yanaşı, Albaniya, Avstraliya, Belarus, Fransa, Gürcüstan, İtaliya, İsrail, Qazaxıstan, Portuqaliya, Polşa, İrlandiya , Serbiya, Rusiya və digər ölkələr müsabiqədə iştirak edəcəklər.

 

Mahnı müsabiqəsi 15 min tamaşaçı yeri olan “Minsk Arena”da baş tutacaq.

 

Azərbaycanı təmsil edəcək iştirakçının adı yaxın vaxtlarda müəyyən olunacaq.