Xəbərlər

Beynəlxalq Folklor Festivalı iştirakçıları ilə görüş keçirilib

Bakı, 25 iyul, AZƏRTAC

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirilib.

 

İdarədən AZƏRTAC-a bildirilib ki, birinci Beynəlxalq Folklor Festivalı çərçivəsində reallaşan tədbirdə festivalın Azərbaycan, Gürcüstan, Hindistandan olan üzvləri arasında qarışlıqlı olaraq mədəni əməkdaşlığın uğurla genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Görüş zamanı festival haqqında müzakirələr aparılıb, gələcəkdə bu festivalın davam etdirilməsi xüsusi vurğulanıb. Qonaqlar Festivalın təşkil olunmasına görə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə təşəkkürlərini bildiriblər.

 

Qeyd edək ki, festival uşaq və gənclərin istedadlarının inkişaf etdirilməsi, ölkələrin mədəniyyətini nümayiş etdirməklə onlar arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi daşıyır.