İncəsənət müsabiqəsinin qalibləri mükafatlandırılıblar
Bakı, 12 iyun, AZƏRTAC
İyunun 12-də Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə və Yer Gününə həsr edilmiş incəsənət müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, müsabiqə ABŞ-ın Azərbaycandakı səfirliyi, “Rəsm” zərgərlik evi, Təhsil Nazirliyinin nəzdindəki uşaq-gənclər mərkəzləri tərəfindən birgə təşkil olunub.
Tədbirdə məlumat verilib ki, müsabiqə 6-16 yaşında olan gəncləri ətraf mühit məsələləri barədə maarifləndirmək və istedadlı uşaqları aşkara çıxarmaq məqsədilə keçirilib.
Beynəlxalq münsiflər heyəti müsabiqəyə təqdim olunan 500-dən çox əl işindən 60-nı seçib.
Sonra müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib.
12.06.2018