Xəbərlər

“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin III Respublika müsabiqəsinin zona mərhələsi keçirilib

Gəncədə məktəblilərin III Respublika müsabiqəsinin zona mərhələsi keçirilib.


AZƏRTAC www.ganjanews.az saytına istinadla xəbər verir ki, Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən müsabiqənin əsas məqsədi ekoloji təmiz kənd təsərrüfatının inkişafı və Azərbaycanın aqrobiomüxtəlifliyinin qorunması sahəsində məktəblilərin bilik və bacarıqlarının artırılması, ekoloji təmiz yerli mədəni bitki sortlarının becərilməsi, yerli heyvan cinslərinin qorunub saxlanması və kənd təsərrüfatı sərvətlərinə dair maarifləndirilməsidir.

 

Müsabiqənin iştirakçıları arasında Gəncə -Qazax zonası üzrə Gəncə, Goranboy, Tovuz, Qazax, Şəmkir, Naftalan rayonlarından qeydiyyatdan keçmiş məktəblilər yer alıblar. 

 

I – XI sinif şagirdləri böyük maraq və həvəslə kənd təssərrüfatı təcrübələrini, il ərzində yetişdirdikləri ekoloji təmiz məhsul nümunələrini, təcrübə işlərinin nəticələrini, müşahidə gündəliklərini, təcrübə işinin bütün mərhələlərinin foto-şəkillərini münsiflər heyətinə təqdim ediblər.