Aztəminatlı ailələrdən olan uşaqların şəxsi inkişafı məqsədilə təlimlər keçirilib
Namiq Həmzəyev adına 238 saylı tam orta məktəbdə aztəminatlı ailələrdən olan uşaqlar üçün təlim keçirilib.
"Aztəminatlı ailələrdən olan uşaqlar üçün şəxsi inkişaf məqsədilə təlimlərin keçirilməsi" layihəsi çərçivəsində baş tutan təlim "Biosfer" İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilib.
Layihənin əsas məqsədi aztəminatlı ailələrdən olan uşaqlar üçün seminarlar təşkil etməklə onların şəxsi inkişafının vacib olduğunu göstərmək, uşağın motivasiyasını gücləndirməyə ehtiyacın vacibliyini vurğulamaqdır.
Tədbirdə aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin uşaqlarının təhsilinə və inkişafına xüsusi diqqət yetirilirdiyi də bildirilib.
Sonda uşaqlara layihə çərçivəsində hazırlanmış papaq-köynək dəsti, həmçinin dəftərxana ləvazimatlarından ibarət hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.
05.06.2018