Xəbərlər

Valideyn himayəsindən məhrum uşaqlar üçün konsert keçirilib

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar 4 nömrəli Respublika xüsusi internat məktəbində sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum uşaqlar üçün konsert keçirilib.


Bakı Şəhər Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən konsertdə xalq artisti, tanınmış opera ifaçısı Fidan Hacıyeva və müğənni Nüşabə Musayeva möhtəşəm ifaları ilə çıxış ediblər. 


Hər kəsdə xoş əhvali-ruhiyyə yaradan konsertdə Fidan Hacıyevanın rəhbərlik etdiyi Vokal Musiqi Məktəbinin tələbələri də çıxış edib.


Konsertin sonunda müxtəlif oyunlar və viktorinalar keçirilib. Uşaqlara hədiyyələr verilib.