Xəbərlər

20 nömrəli məktəb-liseydə “Əlifba bayramı” keçirilib

İyunun 2-də A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseydə “Əlifba bayramı” keçirilib. Tədbir məktəbin müəllimi, 1."X" sinfinin rəhbəri Əzizə Abdullayevanın təşkilatçılığı ilə həyata keçirilib. 

 

“Əlifba bayramı”nda məktəbin müəllim kollektivi, şagirdlər və valideynlər iştirak edib. Birincilər müəllim və valideynləri qarşısında çıxışlar nümayiş etdirib, Vətənin sərvətləri, adət-ənənələri haqqında biliklərini bölüşüblər.

 

Təntənəli və maraqlı keçən tədbir hər kəsdə xoş əhvali-ruhiyyə yaradıb.