8 yaşlı İzelin nağılları...
Bakının Binəqədi rayonunda yerləşən 276 nömrəli orta məktəbin ikinci sinif şagirdi İzel Dadaşzadənin “İzelin nağılları” adlı kitabı çapdan çıxıb. Kitab Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə Azərbaycan uşaqlarına hədiyyə kimi nəşr edilib. Nəşrə balaca məktəblinin qələmə aldığı 12 nağılı daxil edilib. “Üç alma”, “Sehirli oyuncaq”, “Balaca ağac”, “Maraqlı qələm”, “Danışan stul”, “Sehirli uşaq”, “Atın nağılı”, “Yaxşı padşah”, “Nənə və su”, “Kəpənək”, “Ana və İzel” və digər nağıllar üslubuna, yazı tərzinə, məntiqinə və məzmununa görə maraq doğurur və Azərbaycan məktəblisinin fitri istedadından xəbər verir.