Xətai Sənət Mərkəzində uşaqlar üçün sərgi açılacaq
Bakı, 31 may, AZƏRTAC
İyunun 2-də Xətai Sənət Mərkəzində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan rəsm sərgisi açılacaq.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq sərgidə məktəbin 30-dək şagirdinin 80-dən çox rəsm əsərinin nümayişi nəzərdə tutulur.
Sərgi çərçivəsində məktəbin şagirdləri tərəfindən konsert proqramı da təqdim olunacaq.
31.05.2018