Şəmkirli taekvondoçuların uğurlu nəticələri
Şəmkir, 31 may, Famil Quliyev, AZƏRTAC
Son dövrlərdə Şəmkir rayonunda bütün idman növlərinə olduğu kimi, taekvondo idman növünə də maraq göstərənlərin sayı artmaqdadır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə taekvondo idman növü üzrə keçirilən Tovuz rayon açıq birinciliyində Şəmkir rayonunu təmsil edən idmançılar 9 qızıl, 8 gümüş və 12 bürünc medal əldə ediblər.
Eyni zamanda, Gəncə şəhərində taekvondo idman növü üzrə keçirilmiş açıq birincilikdə də şəmkirli idmançılar yarışı 4 qızıl və 1 gümüş medalla başa vurublar.
Şəmkirli idmançılar bundan sonra da əzmkar mübarizələrini davam etdirərək daha yüksək nailiyyətlər əldə edəcəklərindən əmindirlər.
31.05.2018