Xəbərlər

“Azerbaijan Golden Kids Awards 2018” uşaq nominasiyaları üzrə mükafatlandırma mərasimi keçiriləcək

Bakı, 30 may, AZƏRTAC

 

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Azerbaijan Golden Kids Awards 2018” uşaq nominasiyaları üzrə mükafatlandırma mərasimi təşkil olunur. 

 

Azərbaycanda ilk dəfə bu il  baş tutacaq tədbir Könüllülər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. 

 

Layihənin keçirilməsinin məqsədi 3-15 yaşadək olan uşaqların iştirakını təmin edərək onların inkişafına və peşə bacarıqlarının üzə çıxmasına dəstək olmaqdır.

 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə keçirilən layihənin əsas tədbiri, təntənəli Qala gecəsi  iyunun 2-də Nizami Kino Mərkəzində baş tutacaq. Qala gecəsində qaliblər 32 nominasiya üzrə mükafatlandırılacaq. 

 

Tədbirdə rəsmi şəxslərin, qeyri-hökümət təşkilarlarının nümayəndələrinin və mədəniyyət və incəsənət xadimlərinin iştirakı nəzərdə tutulur.