Xəbərlər

Fizika İnstitutu orta məktəblər arasında bilik yarışı təşkil edib

Bakı, 17 may, AZƏRTAC

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutu və bu elmi müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə fizika fənnindən olimpiada keçirilib.

 

İnstitutdan AZƏRTAC-a bildirilib ki, olimpiada Fizika İnstitutunda müxtəlif məktəblərin X sinifləri arasında təşkil olunub. Bilik yarışında Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində fizika-riyaziyyat təmayüllü, “Gənc istedadlar”, fizika-riyaziyyat və informatika təmayüllü liseylərindən, Səbail rayonundakı 132-134 nömrəli təhsil kompleksindən, Yasamal rayonu 225 nömrəli tam orta məktəbdən və digər orta təhsil müəssislərindən 25 şagird iştirak edib.

 

 

Olimpiadanın qalibləri təşkilatçılar tərəfindən birinci, ikinci, üçüncü dərəcəli diplom və mükafatlarla təltif olunacaqlar.