Bakı məktəbliləri beynəlxalq turnirdən uğurlarla qayıdıblar
Bakı, 17 may, AZƏRTAC
Bakı məktəbliləri Gürcüstanda keçirilən güləş üzrə beynəlxalq yarışda fəxri kürsünün yüksək pillələrində yer alıblar.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, yarışda 212 nömrəli tam orta məktəbin şagirdi Qüdrət Şıxəlizadə birinci, 191 nömrəli tam orta məktəbin şagirdi Emil İsgəndərov ikinci, 65 nömrəli tam orta məktəbin şagirdi Ramal Əliyev, 171 nömrəli tam orta məktəbin şagirdi Raşxan Quluzadə və 251 nömrəli tam orta məktəbin şagirdi Əkbər Musayev isə üçüncü yerlərə layiq görülüblər.
Qaliblər medal, diplom və kubokla mükafatlandırılıblar.
Qeyd edək ki, yarışda 191 nömrəli tam orta məktəbin şagirdi Emil İsgəndərov erməni rəqibini məğlub edərək gümüş medal və diploma layiq görülüb.
17.05.2018