Qılıncoynadanımız Tbilisidə qızıl medal qazanıb
Bakı, 17 may, AZƏRTAC
Tbilisidə 2003-2005-ci və 2006-2008-ci il təvəllüdlü qılıncoynadanlar arasında beynəlxalq turnir keçirilib.
AZƏRTAC xəbər verir ki, sablya, şpaqa və rapira növləri üzrə keçirilən yarışda Azərbaycan 17 idmançı ilə təmsil olunub.
Təmsilçilərimizdən 13-ü sablya, 4-ü isə rapira növündə qüvvəsini sınayıb. İdmançımız Fidan Quliyeva 2006-2008-ci il təvəllüdlü sablyaçıların yarışında birinci yeri tutub. Nurlan Zeynallı və Murad Muradov isə həmin yaş kateqoriyasında bürünc medal qazanıblar.
17.05.2018