Xəbərlər

Ulu Öndərin xatirəsinə həsr olunmuş konsert proqramı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilən konsert proqramı keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək Ulu Öndərin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər.
 
Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi, müdrik siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
 
Bədii hissədə şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Məktəblilərin milli musiqi alətlərində ifaları və vətənpərvərlik mövzusunda səsləndirdikləri mahnılar da maraqla qarşılanıb.