Xəbərlər

Azərbaycanlı şagirdlər beynəlxalq müsabiqədə uğur qazanıblar

Bakı, 11 may, AZƏRTAC

 

Özbəkistanın paytaxtı Daşkənd şəhərində “İstedad” adlı beynəlxalq müsabiqə keçirilib.

 

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müsabiqəyə 14 ölkədən 543 ifaçı qatılıb. Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının 10-cu sinif şagirdi, kanon ifaçısı Sevda Cəbrayılova müsabiqədə uğurla çıxış edərək birinci yerə layiq görülüb. S.Cəbrayılova müsabiqədə H.Xanməmmədovun “Konsert”, A.Əlizadənin “Cəngi”, N.Əliverdibəyovun “Elegiya”, S.Ələsgərovun “Şoloxo” əsərlərini, “Bayatı-Şiraz” muğamını ifa edib.

 

Gimnaziyanın xanəndə ixtisası üzrə təhsil alan 6-cı sinif şagirdi Əli Xuduzadə də müsabiqədə uğurla çıxış edib. Belə ki, Ə.Xuduzadə üçüncü yerə layiq görülərək laureat adını qazanıb.