Xəbərlər

G.Şaroyev adına musiqi məktəbinin şagirdlərinin növbəti uğuru

Bakı, 10 may, AZƏRTAC

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri “Salyut talantov” Bakı Bahar 2018 festival-müsabiqəsində uğurla çıxış ediblər.

 

AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçirilən müsabiqədə məktəbin şagirdlərindən Cavidan Babazadə, Cəlal Bəşirli, İskəndər Həsənzadə və Tuqay Hüseynzadə I dərəcəli, Nuray Miratayeva isə II dərəcəli diploma layiq görülərək laureat adını qazanıblar.

 

Müsabiqədə I yerə layiq görülən şagirdlər bu ilin oktyabrında Sankt-Peterburqda keçirilən super finala dəvət alıblar.