Nəsimi rayonunda güləkmə kampaniyası keçirilib
Bakı, 10 may, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Nəsimi rayonu ərazisində genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri aparılır. Rayon ərazisində binalar, küçələr, istirahət guşələri və parklar əsaslı təmir olunur, “Abad həyət” layihəsi çərçivəsində zəruri tədbirlər görülür.
İcra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, rayonun yaşıllıq zolaqları və parklarında güləkmə kampaniyası keçirilib. Tədbir zamanı 4-cü mikrorayon ərazisində yerləşən Vaqif prospekti boyu, Mir Cəlal parkı, Asif Məhərrəmov küçəsi, eləcə də rayonun digər istirahət məkanları və bağlarında 50 mindən artıq gül kolu əkilib.
Rayonda son illər ənənə halını almış yaşıllaşdırma işlərində sakinlər, idarə və təşkilatların nümayəndələri yüksək fəallıq nümayiş etdirirlər.
09.05.2018