Xəbərlər

Kubik-rubik yığılmasında yeni dünya rekordu

Bakı, 8 may, AZƏRTAC


22 yaşlı avstraliyalı Feliks Zemdeqs kubik-rubikin sürətli yığılması üzrə yeni rekorda imza atıb. 


AZƏRTAC-ın “life.ru” saytına istinadla məlumatına görə, bu başsındıran aləti o, cəmi 4,22 saniyəyə yığıb. 


Bundan əvvəl rekord mayın 6-da “Cube For Cambodia 2018” tədbirində qeydə alınıb və 4,69 saniyəyə başa gəlib. Beləliklə, Feliks Zemdeqs yenidən özünə ən sürətli kubik-rubik yığan titulunu geri qaytarıb.


Xatırladaq ki, o, 2016-cı ildə kubik-rubiki 4,73 saniyəyə yığıb. Ancaq 2017-ci ilin payızında onun rekordu 15 yaşlı amerikalı Patrik Pons tərəfindən yenilənib.