Bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılacaqlar
Bakı, 2 may, AZƏRTAC
Paytaxt məktəbləri arasında “Ən yaxşı şeir ifaçısı” bədii qiraət müsabiqəsinin final mərhələsi keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, bu qurumnun tabeliyindəki ümumtəhsil müəssisələrində təşkil olunan müsabiqə iki gün davam edib. Nərimanov, Xətai, Suraxanı, Xəzər, Sabunçu, Binəqədi, Nəsimi, Nizami, Pirallahı, Səbail və Qaradağ rayonları üzrə final mərhələsində 72 məktəbli iştirak edib.
Müsabiqənin final mərhələsində hər yaş qrupu üzrə ilk üç yeri tutan şagirdlər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.
Qeyd edək ki, 10–14 və 15-18 yaş qrupları üzrə keçirilən müsabiqədə əsas məqsəd Şərqdə ilk demokratik respublika qurucularının dövlətçilik tarixində görsətdikləri misilsiz xidmətlər barədə məktəblilərin əldə etdikləri bilikləri təkmilləşdirmək, onların vətənpərvərlik hisslərini daha da artırmaq, nitq mədəniyyətini formalaşdırmaq və bədii qiraət sahəsində istedadlı şagirdləri müəyyənləşdirməkdir.