Xəbərlər

Uşaqlar üçün açıq havada piknik

Bakı, 1 may, AZƏRTAC


“Moms&Kids” klubu açıq havada piknik mövsümünü açıq elan edir. 


AZƏRTAC xəbər verir ki, piknik mayın 6-da Botanika bağında təşkil ediləcək. Uşaqlar seçim üzrə çətir və ya sığırçın yuvası rəngləyəcəklər. Bundan başqa, dadlı hamburger, içki və şirniyyatları dadacaqlar və həmişəki kimi fotosessiya da olacaq. 


Qeyd edək ki, saat 12:00-da başlanacaq piknik dörd yaş və dörd yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub.