Uşaqlar üçün şən ustad dərsləri
Bakı, 1 may, AZƏRTAC
“Balaca Yarat” olduqca maraqlı və əyləncəli ustad dərsləri ilə sevindirməyə davam edir.
AZƏRTAC xəbər verir ki, mayın 6-da 3-7 yaşlı uşaqlar “Arte Povera” üslubu ilə yaxından tanış olacaqlar. Rəssam Nərminə Bağırova ilə birlikdə öyrəndikləri üsluba dayanaraq dəniz fakturasını özünəməxsus şəkildə yaradacaqlar.
8-13 yaşlı uşaqlar isə dənizin bir parçası olan dalğaları akril boyalarla çəkməyi öyrənəcəklər.
Qeyd edək ki, qeydiyyat bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 18:30-dək aparılır.
30.04.2018