“Moms&Kids” klubu qolf oynamağı öyrədəcək
Bakı, 25 aprel, AZƏRTAC
Mayın 18-də “Moms&Kids” klubu uşaqlar üçün “Dreamland Golf Club”a ekskursiya təşkil edir.
AZƏRTAC xəbər verir ki, balacalar peşəkar məşqçilərin rəhbərliyi altında qolf oynayacaqlar.
Sonra onlar üçün ekskursiya və daş üzərində rəsm üzrə ustad dərsi keçiriləcək. Bundan əlavə, onlar üçün dadlı hamburger və fotosessiya təşkil olunacaq. Dörd yaş və dörd yaşdan böyük uşaqlar üçün nəzərdə tutulan ekskursiya saat 14:00-da başlayacaq.
24.04.2018