Xəbərlər

Ev heyvanları üçün sosial şəbəkə yaradıldı

Bakı, 3 aprel, AZƏRTAC
 
Ev heyvanları üçün sosial şəbəkə yaradılıb.
 
AZƏRTAC-ın “Wired” nəşrinə istinadən məlumatına görə, bu sosial şəbəkədə istifadəçilər öz ev heyvanlarını qeydiyyata ala bilərlər və yalnız onların şəkillərini dərc edə bilərlər.
 
“Petzbe” adlanan sosial şəbəkənin tətbiqini hazırda “App Store”də ödənişsiz yükləmək mümkündür.
 
Qeyd edilir ki, artıq orada iki minə yaxın istifadəçi qeydiyyatdan keçib.
 
Tətbiqdə, həmçinin digər istifadəçilər akkauntlarına abunə olmaq mümkündür. Bunun üçün xoşa gələn səhifələri “iyləmək” lazımdır.
 
Bundan öncə xəbər verilib ki, “İnstagram”dan olan super ulduz it özünün şəxsi istedadlar agentliyini yaradıb. Bu agentlik onların sahiblərinə sevimli ev heyvanlarının şəkillərində necə pul qazanmağı öydəcək.