Heteroxromiyalı oğlan özünə bənzər pişik balası tapıb
Bakı, 2 aprel, AZƏRTAC
“Dovşan dodaqlı” və heteroxromiya – müxtəlif rəngli gözlər ilə doğulan 7 yaşlı Medden məktəbdə daim həmyaşıdları tərəfindən qəbul edilmirdi. Qeyri-adi xarici görünüşü səbəbindən demək olar ki, dostu olmayan Meddeni uşaqlar ələ salırdılar.
Nəhayət, xoşbəxtlik onun üzünə güldü. Meddenin anası Kristina Hamfris bir gün internetdə qeyri-adi pişik balasının şəklini görür. Bu balaca pişik balasına sahib axtarılırdı.
Maraqlı idi ki, heyvanın xarici görünüşü Kristinanın oğlunun görüşü ilə üst-üstə düşürdü – üst dodağındakı yarıq və eynilə müxtəlif rəngli gözlər.
Kristina pişiyi görən anda qəti qərar verdi ki, bu heyvancığaz mütləq onların ailələrinin bir üzvünə çevrilməlidir. Hazırda Medden daha tənha deyil. Artıq onun əla dostu var!
01.04.2018