Xəbərlər

Planşetdən istifadə edən uşaqlar təhsilin ilk mərhələsində çətinlik yaşayırlar

Bakı, 2 aprel, AZƏRTAC

 


Rəqəmsal dövr uşaqların həyat tərzini, əsasən də vərdişlərini dəyişir. Planşet kimi elektron cihazlardan istifadə edən uşaqlar təhsilin ilk mərhələsində çətinlik yaşayırlar.


AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Böyük Britaniyanın uşaq həkimi Sally Payne bununla bağlı müxtəlif təhlillər edib. 


Həkim Sally Payne deyib ki, planşetdən istifadə edən uşaqlarda fiziki cəhətdən problemlər ortaya çıxır. Belə ki, məktəbə yeni başlayan həmin uşaqlar qələmi tutmaqda çətinlik yaşayır və barmaqlarındakı əzələləri idarə edə bilmirlər.

 

Onların bu  vəziyyətdə olmalarının səbəbi erkən yaşda belə elektron qurğulardan istifadə etməsidir. Məktəbə başlamazdan əvvəl uşaqlara qələmdən istifadə etmək, kağız və ya dəftərdə qələmlə yazmağı öyrətmək əhəmiyyətlidir. Uşaqlarda bu bacarıqları inkişaf etdirmək üçün müəyyən təcrübə lazımdır.