Yelena Kulikova ilə seminar: "Mən oynaya bilirəm"
Bakı, 31 mart, AZƏRTAC
Aprelin 7-də Landmark otelində Moskvadan gəlmiş uşaqların inkişafı üzrə mütəxəssis Yelena Kulikova ilə "Mən oynaya bilirəm" adlı seminar keçiriləcək.
AZƏRTAC xəbər verir ki, "Prime Guru Club" və "StudyLand Baku"nun təşkilatçılığı ilə keçirilən seminar 10:00-dan 14:00-dək davam edəcək.
Yelena Kulikova bir çox oyuncaqların sirləri barədə danışacaq, ideyaları, oyun təcrübələrini və s. paylaşacaq. Qeyd edək ki, Yelena Kulikova 15 ildən artıqdır oyun terapiyası üzrə uşaqlarla inkişafetdirici məşğələlər həyata keçirir.
30.03.2018