Xəbərlər

Paytaxt məktəblisi beynəlxalq turnirdən qızıl medalla qayıdıb

Bakı, 30 mart, AZƏRTAC  


Bakı məktəblisi Almaniyada sərbəst güləş üzrə keçirilən beynəlxalq turnirdə birinci yerə layiq görülüb.


Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, texniki-humanitar liseyin IX sinif şagirdi Bəhlul Məmmədov 54 kiloqram çəkidə bütün rəqibləri üzərində qələbə qazanıb. O, diplom və kubokla mükafatlandırılıb.


B.Məmmədov sərbəst güləş idman növü ilə qısa müddətdir ki, məşğul olmasına baxmayaraq  həm ölkə, həm də beynəlxalq səviyyəli yarışlarda yüksək nailiyyətlər əldə edib.