Bakı məktəblisi cüdo idman növü üzrə beynəlxalq turnirdə birinci yerə layiq görülüb
Bakı, 29 mart, AZƏRTAC
Paytaxt məktəblisi Gürcüstanda cüdo idman növü üzrə keçirilən beynəlxalq turnirdə birinci yerə layiq görülüb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, 238 nömrəli tam orta məktəbin VI sinif şagirdi Məhəmməd Məmişov 30 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanıb.
O, medal, kubok və sertifikatla təltif olunub.
M.Məmişov 2010-cu ildən cüdo idman növü ilə məşğuldur. Bu müddət ərzində Məhəmməd Məmişov həm ölkə, həm də beynəlxalq səviyyəli yarışlarda yüksək nailiyyətlər əldə edib.
28.03.2018