Balacalar kapkeyk bəzəyəcəklər
Bakı, 27 mart, AZƏRTAC
Martın 31-də “Usl klub”da uşaqlar üçün ustad dərsi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, ustad dərsində balacalar kapkeyk bəzəyəcəklər. Uşaqlar əl işlərini özləri ilə aparacaqlar.
Ustad dərsi 4-15 yaş arası uşaqlar üçün nəzərdə tutulub. Dərs saat 12:00-də başlayacaq və saat yarım davam edəcək.
Qeyd edək ki, ustad dərsi ödənişlidir.