Gənc Tamaşaçılar Teatrı mart ayında uşaqlar üçün maraqlı tamaşalar təqdim edəcək
Bakı, 1 mart, AZƏRTAC
Əziz uşaqlar! Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 2018-ci ilin mart ayında sizin üçün nəzərdə tutulan repertuarını təqdim edirik:
3 mart – Pərvin Nurəliyeva. “Dəcəl keçi”;
4 mart – Süleyman Sani Axundov, Abdulla Şaiq. “Qaraca qız”;
10 mart – Yevgeni Şvarts. “Qırmızı papaq”;
11 mart – Abdulla Şaiq. “Tıq-Tıq xanım”;
16, 17 mart – Hans Kristian Andersen. “Qar kraliçası” (premyera);
17 mart – Hans Kristian Andersen. “Qar kraliçası”;
18, 19 mart – Eduard Uspenski. “Çeburaşka” (premyera);
21 mart – Şarl Perro. “Çəkməli pişik”;
22 mart – “Qoğalın sərgüzəştləri”;
23 mart – Abdulla Şaiq. “Danışan gəlincik”;
24 mart – Canni Rodari. “Çipollino”;
25 mart – ərəb xalq nağılı “Əlibaba və qırx quldur”;
31 mart – Dilsuz. “Əlincə qalası”.
Tamaşalar saat 12:00, 14:00 və 16:00-da nümayiş olunacaq.
01.03.2018