Xəbərlər

Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş pencak-silat üzrə Bakı turniri keçirilib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Şağan Olimpiya İdman Kompleksində Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş pencak-silat üzrə paytaxt turniri keçirilib.

 

BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, turnirdə 5 klubdan idmançılar 12 çəki dərəcəsində birincilik uğrunda mübarizə aparıblar.

 

Yeniyetmələr arasında Orxan Tağıyev (24 kq), Elşən Əliyev (26 kq), Rüstəm Tağıyev (28 kq), Raul İsmayılzadə (30 kq), Ceyhun Babayev (32 kq), Emil Daşdəmirli (34 kq), Ələddin Həsənov (36 kq), Fərid İsgəndərli (38 kq), Nurlan Vəliyev (40 kq), Elnur Həsənli (42 kq), Ağa Orucov (44 kq), Rəvan Yusifli (48 kq) və Fəxri Rəhimli (48 kq-dan yuxarı) qızıl medal qazanıblar.

 

Gənclərin mübarizəsində isə Tuncay Tarverdiyev (42 kq), Elşən Əsgərov (45 kq), Rəvan Abdullazadə (48 kq), Rəmzi Rəhimli (51 kq), Əli Şahmalıyev (54 kq), Nurlan Nəsirli (57 kq), Babək Firudinli (60 kq), Nicat Mirzəliyev (63 kq), Murad Mamedov (66 kq), Məhəmməd Əhmədov (69 kq), Ülfət Firudinli (72 kq) və Xəyal Cabbarov (72 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

 

Baş idarə tərəfindən qaliblərə müvafiq dərəcəli diplom və medallar təqdim edilib.