Xəbərlər

“Rəsm müalicəsi” uşaqların duyğularını üzə çıxarır

Bir uşağın özünə inamını, xoşbəxtliyini, qapalı olub-olmadığını, özünü yaxşı ifadə edib-etmədiyini çəkdiyi rəsmdən, cızma-qaradan anlamaq mümkündür. Dünyada “şəkil müalicəsi” deyilən bir yardım mövcuddur, bu üsul uşaqların təhsildən yayındığı müddətdə istifadə edilir.


AZƏRTAC “ntv.com.tr” saytına istinadla xəbər verir ki, türkiyəli mütəxəssis Elçin Kuzucu bununla bağlı altı uşaq üzərində araşdırma apararaq “Barmaq izi, bir rəsm müalicəsi hekayəsi” adlı kitab yazıb.


Mütəxəssis Elçin Kuzucu bildirib ki, rəsm müalicəsi uşaqların duyğularını ortaya çıxarır. Rəsm bizim üçün yüzlərlə kəlmənin ifadə edə bilmədiyini, üç rənglə, bir neçə cızma-qara ilə anlaya biləcəyimiz bir uşaq durumudur. Tutaq ki, kağızda bir qaralama xətt çəkilib. Bu, yoldaşları arasında bir az çəkingən olan uşağın göstəricisidir.

 

Çəkilən xətlər özünü ifadə edə bilməyən, inamsızlığı olan bir uşağın hisslərini büruzə verir. Ona görə də “rəsm müalicəsi” ilə uşaqların duyğularını ortaya çıxarmaq və bu yolla onları müalicə etmək olar.