Xəbərlər

Pepee uşaqları görüşə dəvət edir

Bakı, 18 yanvar, AZƏRTAC
 
 
 
Azərbaycan Akademik Milli Dram Teatrında Novruz bayramı ərəfəsində - martın 17-də “Pepee – Sevmək zamanı” musiqili interaktiv yeni tamaşa göstəriləcək.
 
Teatrdan AZƏRTAC-a bildirilib ki, Türkiyənin ilk milli cizgi filmi qəhrəmanı Pepee tam yeni mahnıları ilə görüşə gəlir. Yaşından asılı olmayaraq hər kəsin dünyasının sevgi dolu bir parçasına çevrilən Pepee mahnılı və əyləncəli oyunları ilə uşaqlara və uşaqlığı üçün darıxanlara unudulmaz bir bəxş edəcək.
 
Pepee ilə Türkiyənin bir-birindən fərqli mədəni dəyərlərini kəşf edən uşaqlar Nemrut, Kapadokya və Göbeklitepe ilə tanış olacaqlar.